Geri

13 fevral 2015-cü il saat 03:15-dək:

Bərdə rayonu, Alaçadırlı kəndi (rayon mərkəzindən 6 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 24 kv.m olan birmərtəbəli, 1 otaqlı fərdi yaşayış evinin və ona bitişik olan taxta konstruksiyadan ibarət ümumi sahəsi 24 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:03-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

13 fevral 2015-cü il saat 02:45-dək:

Sumqayıt şəhəri, Bakı-Quba yolunun 32-ci km-də yerləşən ümumi sahəsi 1600 kv.m olan Sumqayıt maşın bazarının ərazisində biri-birinə bitişik tikilmiş avtomobil ehtiyat hissələri satılan mağazaların yanar konstruksiyaları, içərisində olan avtomobil ehtiyyat hissələri və dam örtüyü 350 kv.m sahədə yanmışdır. Ərazidə olan tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:17-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

13 fevral 2015-cü il saat 01:15-dək:

Masallı rayonu, Köcəkli kəndində (rayon mərkəzindən 17 km aralı) vətandaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli, 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları və dam örtüyü 32 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.