Geri

12 fevral 2015-cü il saat 18:15-dək:

Bakı şəhəri, Yasamal rayonunda onaltımərtəbəli yaşayış binasının 10-cu mərtəbəsindən 16-cı mərtəbəsinə kimi şaxtadan keçən elektrik kabelləri 100 p.m və sayğaclar yanmışdır. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən yuxarı mərtəbələrdən 10 nəfər sakin təxliyyə və 7 nəfər xilas olunmuşdur. Şaxtadan keçən kabellərin qalan hissəsi və mənzillər yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:23-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

12 fevral 2015-cü il saat 17:30-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər mənzildə köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər ağır çəki səbəbindən hərəkətsiz vəziyyətdə qalan vətəndaşa köməklik gösdərərək Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil vermişlər. Əməliyyat saat 15:31-də başa çatmışdır.
Geri

12 fevral 2015-cü il saat 12:30-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində liftin qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 11:48-də başa çatmışdır.

Geri

12 fevral 2015-cü il saat 11:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər mənzilin giriş qapısını bayır tərəfdən açaraq içəri daxil olmuş, yatmış vəziyyətdə aşkarlanmış vətəndaşı aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 10:33-də başa çatmışdır.

Geri

12 fevral 2015-cü il saat 03:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonunda yaşayış binasının liftində 2 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Xilasedicilər liftin qapılarını açmış və vətəndaşların liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 23:13-də başa çatmışdır.

Cəlilabad şəhərində vətandaşa məxsus ümumi sahəsi 54 kv.m olan tövlənin çardağının yanar konstruksiyaları 2 kv.m sahədə və tövləyə yığılmış 2 ton ot bağlamasının 200 kiloqramı yanmışdır. Yanğından tövlənin və ot bağlamasının qalan hissəsi mühafizə olunmuşdur. Yanğın saat 02:02-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.