Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan dəmirdən ibarət avtomobil təmiri sexinin arxasına yığılmış taxta yeşiklər və sexin içərisində 2 kv.m sahədə taxta stol, açar dəstləri yanmışdır. Qarajda olan "Hyundai" markalı minik avtomobili və sexin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:58-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Abşeron rayonu, Xırdalan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan çay evinin 70 kv m sahədə dam örtüyü, mətbəx mebeli, soyuducu və elektrik sobasının yanar hissələri yanmışdır. Çay evinin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Qəbələ rayonu, Bum qəsəbəsində (rayon mərkəzindən 9 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları 50 kv.m sahədə və yaxınlıqda tikintisi başa çatmayan ümumi sahəsi 308 kv.m olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 10 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi və yaxınlıqdakı yarımçıq tikili yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:21-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Şəki rayonu, Baş Göynük kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan tövlənin yanar konstruksiyaları və damına yığılmış 2.5 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Mingəçevir şəhərində mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Yanğınsöndürən-xilasedicilər beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilin giriş qapısını bayır tərəfdən açaraq içəri daxil olmuşlar. Yanğınsöndürən-xilasedicilər tərəfindən mənzilə baxış keçirilərkən yatmış vəziyyətdə aşkarlanmış vətəndaş aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 01:20-də başa çatmışdır;
Bakı şəhəri, Səbail rayonunda vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 4 otaqlı evin 2 otağının yanar konstruksiyaları 45 kv.m sahədə, mətbəxin lambirdən ibarət tavanı 9 kv.m sahədə yanmış və yüksək temperaturdan mətbəxdə olan soyuducu deformasiyaya uğramışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:44-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.