Geri

1 fevral 2015-ci il saat 02:30-dək:

Şəki rayonu, Baş Göynük kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan tövlənin yanar konstruksiyaları və damına yığılmış 2.5 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Mingəçevir şəhərində mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Yanğınsöndürən-xilasedicilər beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilin giriş qapısını bayır tərəfdən açaraq içəri daxil olmuşlar. Yanğınsöndürən-xilasedicilər tərəfindən mənzilə baxış keçirilərkən yatmış vəziyyətdə aşkarlanmış vətəndaş aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 01:20-də başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Gəncə şəhərində mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər fərdi yaşayış evinin hasarından həyətə daxil olmuş və əraziyə baxış keçirərkən 1966-cı il təvəllüdlü Arzuman Abuzər oğlu Məmmədovun çardaqda asılmış meyidini aşkarlamışlar. Xilasedicilər A.Məmmədovun asilmış halda olan meyitini aşağı endirərək aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 01:38-də başa çatmışdır.
Geri

1 fevral 2015-ci il saat 00:30-dək:

Bakı şəhəri, Səbail rayonunda vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 4 otaqlı evin 2 otağının yanar konstruksiyaları 45 kv.m sahədə, mətbəxin lambirdən ibarət tavanı 9 kv.m sahədə yanmış və yüksək temperaturdan mətbəxdə olan soyuducu deformasiyaya uğramışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:44-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.