Geri

09 dekabr 2015-ci il saat 21:15-dək, ilkin məlumata əsasən:

Göyçay rayonu, Qaraməryəm kəndində vətəndaşa məxsus “Chevrolet” markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Dərhal hadisə yerinə cəlb olunmuş xilasedicilər liftin qapısını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 20:07-də başa çatmışdır.

Geri

09 dekabr 2015-ci il saat 16:45-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda mənzildə termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılmışdır. Maye halında olan kimyəvi element nazirliyin Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 16:05-də başa çatmışdır.

Geri

09 dekabr 2015-ci il saat 12:45-dək, ilkin məlumata əsasən:

Siyəzən rayonu, Gənclik qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 12 kv.m olan talvarın yanar konstruksiyaları, soyuducu və əşyalar 3 kv.m sahədə yanmışdır. Bitişik ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:47-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Goranboy rayonu, Dəliməmmədli şəhərində vətəndaşa məxsus "Opel" markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 10:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

09 dekabr 2015-ci il saat 08:10-dək, ilkin məlumata əsasən:

Xaçmaz rayonu, Sayad kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan taxta konstruksiyadan ibarət vaqon tipli tikilinin yanar konstruksiyaları yanmışdır. Yaxınlıqda olan tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

09 dekabr 2015-ci il saat 01:45-dək, ilkin məlumata əsasən:

İmişli rayonu, Qaralar kəndində (rayon mərkəzindən 7 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 13 ton ot bağlamasının 3 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 24 kv.m olan 2 otaqlı yardımçı tikilinin 1 otağının yanar konstruksiyaları və əşyaları 18 kv.m sahədə yanmış, yüksək temperaturdan digər otağın lambirdən ibarət tavanı 6 kv.m sahədə ərimişdir. Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Biləsuvar rayonu, Amənkənd kəndində (rayon mərkəzindən 13 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan birmərtəbəli 5 otaqlı evin 1 otağının tavanı 8 kv.m sahədə yanmışdır. Yanğından evin qalan hissəsi mühafizə olunmuşdur. Yanğın saat 21:33-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Abşeron rayonu, Xırdalan şəhərində transformatorun çıxış kabelləri 2 p.m yanmışdır. Transformator yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

09 dekabr 2015-ci il saat 00:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda mənzildə termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılmışdır. Maye halında olan kimyəvi element nazirliyin Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 23:45-də başa çatmışdır.