Geri

04 dekabr 2015-ci il saat 15:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda mənzildə termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılmışdır. Maye halında olan kimyəvi element nazirliyin Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 11:00-da başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda uşaq bağçasında termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılmışdır. Maye halında olan kimyəvi element nazirliyin Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 11:50-də başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Abşeron rayonunda, Xırdalan şəhərində mənzildə termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılmışdır. Maye halında olan kimyəvi element nazirliyin Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 13:10-da başa çatmışdır.​

Geri

04 dekabr 2015-ci il saat 13:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional mərkəzinə daxil olmuş məlumata əsasən,  Lənkəran rayonu, Girdəni kəndində leysan yağışları nəticəsində bir ailənin evdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerinə cəlb edilmiş Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri həyətyanı sahənin su basması nəticəsində evdə köməksiz vəziyyətdə qalmış 4 nəfəri təhlükəsiz əraziyə çıxarılmışlar. Əməliyyat saat 12:25-də başa çatmışdır. ​

Geri

04 dekabr 2015-ci il saat 12:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda 2 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Dərhal hadisə yerinə cəlb olunmuş xilasedicilər liftin qapısını açmış və vətəndaşların liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 11:20-də başa çatmışdır.​

Geri

04 dekabr 2015-ci il saat 09:30-dək, ilkin məlumata əsasən:

Cəlilabad rayonu, Söyüdlü kəndində vətəndaşa məxsus ümumi sahəsi 105 kv.m olan birmərtəbəli 3 otaqlı evin tüstü bacasının ətrafı 1 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:56-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Mingəçevir şəhərində vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan 1 otaqlı mənzilin döşəməsi 1 kv.m sahədə yanmışdır. Yüksək temperaturdan otaqda olan paltaryuyan maşın qismən ərimişdir. Mənzilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:12-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 170 kv.m olan kapron materialların  qəbulu məntəqəsinin içərisində 100 kv.m sahəyə yığılmış istifadəyə yararsız materiallar yanmışdır. Tikilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:52-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Abşeron rayonu, Ceyranbatan qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 250 kv.m olan “UCUZLUQ” marketin içərisində 3 ədəd soyuducu yanmışdır. Market yanğından mühafizə olunmuşdur. Yanğın saat 07:26-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sabirabad rayonu, Yolçubəyli kəndində vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan birmərtəbəli, 6 otaqlı qamışdan ibarət evin 4 otağının yanar konstruksiyaları 130 kv.m sahədə və dam örtüyünün yanar konstruksiyaları 200 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi və bitişik talvar yanğından mühafizə olunmuşdur. Yanğın saat 07:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

04 dekabr 2015-ci il saat 09:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 08:25-də başa çatmışdır.

Geri

04 dekabr 2015-ci il saat 08:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı-Qazax yolunun 65-ci kilometrliyində "Opel" markalı minik avtomobili ilə "KAMAZ" markalı yük avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş vermişdir. Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğramışdır. Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış yaralıları nəqliyyat vasitəsindən çıxarmış aidiyyəti üzrə təhvil vermiş, həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 06:18-də başa çatmışdır.

Geri

04 dekabr 2015-ci il saat 04:00-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Sabunçu rayonunda çoxmərtəbəli yaşayış binasının  5-ci mərtəbəsində liftin şaxtasından keçən  elektrik kabeli 1 p.m yanmışdır. Şaxtadan keçən elektrik kabellərinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Pirallahı rayonunda “Azəryoltikinti” ASC tərəfindən  təmirə dayanmış körpünün üzərində yığılmış tikintidə materialları 2 kv.m sahədə yanmışdır. Yaxınlıqdakı digər tikinti materialları yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, yağan intensiv yağışlar nəticəsində, Bakı şəhəri, Nərimanov və Nəsimi rayonlarında yollarda suyun səviyyəsi qalxmış, nəticədə, hərəkət məhdudlaşaraq vətəndaşlar avtomobillərin içərisində köməksiz vəziyyətdə qalmışlar. Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq avtomobillərdən 8 vətəndaşı xilas edərək aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 00:43-də başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda 2 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşların liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 01:32-də başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 02:17-də başa çatmışdır.

Geri

04 dekabr 2015-ci il saat 01:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 23:27-də başa çatmışdır:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 23:45-də başa çatmışdır:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 00:00-da başa çatmışdır.