Geri

31 dekabr 2015-ci il saat 14:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Suraxanı rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və vətəndaşı aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 13:09-da başa çatmışdır.

Geri

31 dekabr 2015-ci il saat 12:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Səbail rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşın çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 12:09-da başa çatmışdır.​

Geri

31 dekabr 2015-ci il saat 10:30-dək, ilkin məlumata əsasən:

Lənkəran rayonu, Veravul kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları və ev əşyaları 60 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 09:54-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

31 dekabr 2015-ci il saat 08:45-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus evin həyətyanı sahəsində ümumi sahəsi 50 kv.m olan yardımçı tikilinın yanar konustruksiyaları yanmışdır. Yaxınlıqdakı ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:02-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nərimanov rayonunda ümumi sahəsi 4 kv.m olan taxta konstruksiyadan ibarət köşk yanmışdır. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunmuşdur. Yanğın saat 07:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

31 dekabr 2015-ci il saat 05:30-dək, ilkin məlumata əsasən:

Abşeron rayonunda çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsindən 8-ci mərtəsinə kimi şaxtadan keçən elektik kabelləri 24 p.m yanmışdır. Yanğın zamanı binanın 15 nəfər sakini yanğınsöndürənlər tərəfindən təxliyyə olunmuşdur. Binanın digər kommunukasiya xətləri və mənzillər yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:06-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

31 dekabr 2015-ci il saat 01:45-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nərimanov rayonunda 3 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşların çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 01:20-də başa çatmışdır.

Geri

31 dekabr 2015-ci il saat 00:30-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Nərimanov rayonunda çoxmənzilli yaşayış binasında mənzilin mətbəxində taxtadan ibarət arakəsmə divar 5 kv.m sahədə yanmışdır. Mənzilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:47-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Quba rayonu, Aşağı Atuc kəndində vətəndaşa məxsus həyətyanı sahədə tikilmiş ümumi sahəsi 20 kv.m olan talvarın altına yığılmış 6 ton ot bağlamasının 2 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və talvar yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

31 dekabr 2015-ci il saat 00:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Xətai rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və vətəndaşı aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 23:38-də başa çatmışdır.

Geri

31 dekabr 2015-ci il saat 00:15-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Xətai rayonunda 2 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşların çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 23:35-də başa çatmışdır.