Geri

30 dekabr 2015-ci il saat 14:45-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə,  Bakı şəhəri, Xətai rayonunda mənzildə termometrin sınması və daxilindəki civənin ətrafa dağılmışı barədə məlumat daxil olmuşdur. Maye halında olan kimyəvi element Nazirliyin Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 14:18-də başa çatmışdır.

Geri

30 dekabr 2015-ci il saat 14:45-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Yasamal rayonunda 2 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşların çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 13:41-də başa çatmışdır.

Geri

30 dekabr 2015-ci il saat 13:45-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Xətai rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və azyaşlını aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 12:25-də başa çatmışdır.

Geri

30 dekabr 2015-ci il saat 08:30-dək, ilkin məlumata əsasən:

Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 12 kv.m olan köşkün lambirdən ibarət tavanı 6 kv.m sahədə yanmışdır. Köşkün qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Balakən rayonu, Katex kəndində (rayon mərkəzindən 18 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 820 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 120 kv.m sahədə, içərisinə yığılmış 40 ton ot bağlamasının 20 tonu digər vətəndaşa məxsus ümumi sahəsi 270 kv.m olan talvarın yanar konstruksiyaları 200 kv.m sahədə və altına yığılmış 30 ton ot bağlamasının 15 tonu yanmışdır. Tövlə, talvar və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

İmişli şəhərində vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 07:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

30 dekabr 2015-ci il saat 02:30-dək, ilkin məlumata əsasən:

Zərdab rayonu, Şahhüseynlı kəndində (rayon mərkəzindən 30 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 24 kv.m olan talvarın yanar konstruksiyaları, altına yığılmış 20 ton ot bağlamasının 10 tonu və digər vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 20 ton ot bağlamasının 8 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:11-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan 3 otaqlı mənzilin mətbəxinə yığılmış 6 kv.m sahədə məişət tullantıları yanmışdır. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən bir nəfər tüstüdən zəhərlənərək mənzildən çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Mənzilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:24-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

30 dekabr 2015-ci il saat 01:45-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nərimanov rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşın çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 01:07-də başa çatmışdır.​