Geri

13 dekabr 2015-ci il saat 07:30-dək, ilkin məlumata əsasən:

Gəncə şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 160 kv.m olan birmərtəbəli 3 otaqlı yaşayış evinin mətbəxinin yanar konstruksiyaları və əşyaları 15 kv.m, evə bitişik talvarın yanar konstruksiyaları 20 kv.m və dam örtüyünün yanar konstruksiyaları 80 kv.m sahədə yanmışdır. Yanğın zamanı evdə yaşayan 1 nəfər əl və ayaq nahiyyəsindən yanıq xəsarəti alaraq Təcili Tibbi Yardım Xidməti tərəfindən xəstəxanaya aparılmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Tərtər rayonu, Dəmirçilər kəndində (rayon mərkəzindən 13 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan tövlənin yanar konstruksiyaları və çardağına yığılmış 2 ton ot bağlaması yanmışdır. Yanğın zamanı tövlədən 4 baş iribuynuzlu heyvan xilas edilmişdir. Yaxınlıqdakı yaşayış evi yanğından mühafizə olunmuşdur. Yanğın saat 06:14-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.