Geri

11 dekabr 2015-ci il saat 17:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda 1991-cı il təvəllüdlü Əzizova Nərmin Rəhim qızı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilə baxış keçirərkən zərərçəkmişi hamamda huşsuz vəziyyətdə aşkar etmişlər. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə zamanı N.Əzizovanın dəm qazından vəfat etdiyi müəyyən olunmuşdur. Əməliyyat saat 15:05-də başa çatmışdır.

Geri

11 dekabr 2015-ci il saat 14:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Bohran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda mənzildə termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılmışdır. Maye halında olan kimyəvi maddə nazirliyin Mülki Müdafiə Qoşunlarının Kimya xidmətinin mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 12:20-də başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 13:00-da başa çatmışdır.

Geri

11 dekabr 2015-ci il saat 12:30-dək, ilkin məlumata əsasən:

Gəncə şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 156 kv.m olan ikimərtəbəli (hər mərtəbəsi 78 kv.m) 8 otaqlı evin 2-ci mərtəbəsinin 1 otağında elektrik qızdırıcısının kabeli 1 p.m və 1 kv.m sahədə  xalça yanmışdır. Ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 10:28-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

11 dekabr 2015-ci il saat 08:00-dək, ilkin məlumata əsasən:

Biləsuvar rayonunda vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağının döşəməsi və 1 ədəd divan 2 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 07:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

11 dekabr 2015-ci il saat 06:45-dək, ilkin məlumata əsasən:

Balakən rayonu, Talalar kəndində vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 25 kv.m sahədə yanmışdır. Tikilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 05:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.