Biləsuvar rayonunda vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağının döşəməsi və 1 ədəd divan 2 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 07:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Balakən rayonu, Talalar kəndində vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 25 kv.m sahədə yanmışdır. Tikilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 05:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.