Bakı şəhəri, Yasamal rayonunda vətəndaşa məxsus “AzSamand” markalı minik avtomobilinin mühərrikində elektrik avadanlıqları yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:26-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Cəlilabad rayonu, Abışabad kəndində vətəndaşa məxsus ümumi sahəsi 140 kv.m olan birmərtəbəli 3 otaqlı evin mətbəxinin tavanı 3 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus “Moskviç” markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 10:39-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Ucar rayonu, Çiyni kəndində vətəndaşa məxsus ümumi sahəsi 38 kv.m olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları 20 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 10:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Dərhal hadisə yerinə cəlb olunmuş xilasedicilər liftin qapısını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 00:27-də başa çatmışdır.