Geri

03 noyabr 2015-ci il saat 08:15-dək, ilkin məlumata əsasən:

Beyləqan rayonu, Mil qəsəbəsində (rayon mərkəzindən 10 km aralı) ümumi sahəsi 35 kv.m olan qamışdan ibarət tövlənin yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.at saat 05:15-də başa çatmışdır.

Geri

03 noyabr 2015-ci il saat 06:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfər (sularda xilasetmə məntəqəsindən, təxminən, 800 m solda, nəzarətsiz ərazidə) traktorla dənizə girmiş suyun dərinliyi cox olduğundan geriyə quru əraziyə çıxa bilməmişdir. Boğulmaq təhlükəsi ilə üzləşmiş şəxs Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilmişdir. Əməliyyat saat 05:15-də başa çatmışdır.

Geri

03 noyabr 2015-ci il saat 02:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Xaçmaz rayonu, Xudat şəhərində “Shacman” markalı yük avtomobili yol kənarındakı ağaca çırpılmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər qəza nəticəsində deformasiyaya uğramış yük avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 00:58-da başa çatmışdır.

Geri

03 noyabr 2015-ci il saat 01:15-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Dərhal hadisə yerinə cəlb olunmuş xilasedicilər liftin qapısını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 00:39-da başa çatmışdır.

Geri

03 noyabr 2015-ci il saat 01:00-dək, ilkin məlumata əsasən:

Goranboy rayonu, Borsunlu kəndi ərazisində qoşqulu generatorun yanar hissələri yanmışdır. Ərazidəki ağaclar yanğından muhafizə olunmuşdur. Yanğın saat 23:57-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

03 noyabr 2015-ci il saat 00:45-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər mənzilin qapısını açmış və vətəndaşı aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 23:43-də başa çatmışdır.