Balakən rayonu, Şərif kəndində vətəndaşa məxsus ümumi sahəsi 108 kv.m olan tövlənin yanar konstruksiyaları və damına yığılmış 9 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:52-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Sumqayıt şəhərində ümumi sahəsi 30 kv.m olan birmərtəbəli, 1 otaqlı taxtadan ibarət evin yanar konstruksiyaları və içərisində olan ev əşyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.