Geri

28 noyabr 2015-ci il saat 16:10-dək, ilkin məlumata əsasən:

Cəlilabad rayonu, Sabirabad kəndində vətəndaşa məxsus ümumi sahəsi 84 kv.m olan birmərtəbəli 3 otaqlı evin mətbəxinin və aynabəndinin tavanı 21 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

28 noyabr 2015-ci il saat 16:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Bohran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər mənzilin giriş qapısını açmış və 1946-ci il təvəllüdlü Lısov Konstantin Stepanoviçin cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 14:31-də başa çatmışdır.

Geri

28 noyabr 2015-ci il saat 13:40-dək, ilkin məlumata əsasən:

İsmayıllı rayonunda ümumi sahəsi 201 kv.m olan birmərtəbəli 6 otaqlı inzibati binanın dam örtüyünün yanar konstruksiyaları 3 kv.m sahədə yanmışdır. Binanın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

28 noyabr 2015-ci il saat 13:05-dək, ilkin məlumata əsasən:

Qax rayonu, Tanqıt kəndində vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan tövlənin yanar konstruksiyaları və içərisinə yığılmış 5 ton ot bağlaması yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:28-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

28 noyabr 2015-ci il saat 08:45-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus birmərtəbəli evin xarici divarına quraşdırılmış qaz sayğacı yanmışdır. Ev və yaxınlıqdakı digər sayğac yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

28 noyabr 2015-ci il saat 03:00-dək, ilkin məlumata əsasən:

Gəncə şəhəri, Kəpəz rayonunda vətəndaşa məxsus “VAZ” markalı minik avtomobilinin salon hissəsi  yanmışdır. Avtomobilin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

28 noyabr 2015-ci il saat 02:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda mənzildə 1934-cü il təvəllüdlü Soşarin Aleksandr Pavloviçin bağlı qapı arxasında qalmışdır. Hadisə yerinə cəlb edilmiş xilasedicilər mənzilin giriş qapısını açmış və adı çəkilən şəxsin cəsədini aşkar etmişlər. S.Aleksandrın cəsədi aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 00:40-da başa çatmışdır.