Geri

27 noyabr 2015-ci il saat 15:15-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Goranboy rayonu, Veyisli kəndində (rayon mərkəzindən 10 km aralı) iki “VAZ” markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş vermişdir. Hadisə yerinə cəlb olunmuş yanğınsöndürən-xilasedicilər deformasiyaya uğramış avtomobillərdən 1962-ci il təvəllüdlü Ələsgərov Ələsgər Qurban oğlu, 1991-ci il təvəllüdlü İsmayılov Saday Bəxtiyar oğlu, 1976-cı il təvəllüdlü Rzayev Yaşar Əmiraslan oğlu və İsmayılov Nofəl Kərim oğlunun cəsədlərini cıxararaq aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 12:30-da başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda 2 nəfər vətəndaş bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər mənzilin qapısını açmış və vətəndaşları aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 13:59-da başa çatmışdır.

Geri

27 noyabr 2015-ci il saat 13:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda mənzildə 2 nəfər bağlı qapı arxasında qalmışdır. Hadisə yerinə cəlb edilmiş xilasedicilər mənzilin giriş qapısını açmış, 1936-cı il təvəllüdlü Hacıyev Tofiq İsmayıl oğlunun cəsədi və 1 nəfəri huşsuz vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil verilmişlər. Əməliyyat saat 11:55-də başa çatmışdır.

Geri

27 noyabr 2015-ci il saat 12:30-dək, ilkin məlumata əsasən:

Bərdə şəhərində ötürücü qüllənin elektrik kabeli 5 p.m və 30 kv.m sahədə kol-kos yanmışdır. Ərazi və yaxınlıqdakı transformator yanğından mühafizə olunmuşdur. Yanğın saat 10:38-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

27 noyabr 2015-ci il saat 09:45-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Dərhal hadisə yerinə cəlb olunmuş xilasedicilər liftin qapısını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 08:47-də başa çatmışdır.

Geri

27 noyabr 2015-ci il saat 09:00-dək, ilkin məlumata əsasən:

Sabirabad rayonu, Şəhriyar kəndində transformatorun giriş kabelləri 2 p.m yanmışdır. Transformator yanğından mühafizə olunmuşdur. Yanğın saat 07:51-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

27 noyabr 2015-ci il saat 08:00-dək, ilkin məlumata əsasən:

Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 2 otaqlı evin mətbəxində 4 kv.m sahədə plastik pəncərə çərçivəsi yanmışdır. Yanğın zamanı evdə yaşayan 3 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilmişdir. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

27 noyabr 2015-ci il saat 06:15-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda mənzildə 1956-cı il təvəllüdlü Öner Resul bağlı qapı arxasında qalmışdır. Hadisə yerinə cəlb edilmiş xilasedicilər mənzilin giriş qapısını açmış və adı çəkilən şəxsin cəsədini aşkar etmişlər. R.Önerin cəsədi aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 00:06-də başa çatmışdır.

Geri

27 noyabr 2015-ci il saat 00:00-dək, ilkin məlumata əsasən:

Yardımlı rayonu, Hamarkənd kəndində (rayon mərkəzindən 25 km aralı) meşə ərazisində 1 ha sahədə kol-kos və xəzəl yanmışdır. Meşə ərazisi yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.