Geri

02 noyabr 2015-ci il saat 19:00-dək, ilkin məlumata əsasən:

Göyçay şəhərində vətəndaşa məxsus "OKA" markalı minik avtomobilinin mühərrik hissəsi, salonu və arxa təkəri yanmışdır. Yanğın saat 16:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür; 

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda mənzildə termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılmışdır. Maye halında olan kimyəvi element nazirliyin Mülki-Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 17:25-də başa çatmışdır.

Geri

02 noyabr 2015-ci il saat 14:15-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Nəsimi rayonunda hər mərtəbəsi 250 kv.m olan tikintisi başa çatmamış beşmərtəbəli binanın 3-cü mərtəbəsində 30 kv.m sahədə taxta qırıntıları yanmışdır. Yarımtikili yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:29-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Gədəbəy rayonu, Ağamalı kəndində (rayon mərkəzindən 25 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 6 ton ot bağlamasının 1 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:24-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

02 noyabr 2015-ci il saat 12:30-dək, ilkin məlumata əsasən:

İmişli rayonu, Şahverdili kəndində (rayon mərkəzindən 13 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 32 kv.m olan köməkçi tikilinin qamışdan ibarət tavanı 16 kv.m sahədə yanmışdır. Tikilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 09:38-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

02 noyabr 2015-ci il saat 09:00-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Nəsimi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 35 kv.m olan birotaqlı mənzilin eyvanında  1 ədəd  paltaryuyan və taxtadan ibarət divar üzlüyü 2 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 07:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Cəlilabad rayonu, Göytəpə şəhərində vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan tövlənin tavan hissəsi 16 kv.m sahədə və içərisində olan 2 ton ot bağlamasının 1 tonu yanmışdır. Tikilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:08-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

02 noyabr 2015-ci il saat 07:00-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Sabunçu rayonunda ümumi sahəsi 4 kv.m olan avtomobil dayanacağında gözətçi köşkünün yanar konstruksiyaları yanmışdır. Yanğın zamanı köşkün içərisində 1975-ci il təvəllüdlü Əliyev İqor Vladimiroviçin yanmış meyiti yanğınsöndürənlər tərəfindin aşkar olunmuşdur. Dayanacaqda olan avtomobillər yanğından mühafizə olunmuşdur. Yanğın saat 05:51-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

02 noyabr 2015-ci il saat 06:30-dək, ilkin məlumata əsasən:

Salyan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 144 kv.m olan ikimərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları, qamışdan ibarət dam örtüyü və ev əşyaları yanmışdır. Yaxınlıqdakı digər evlər yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

02 noyabr 2015-ci il saat 04:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xətai rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb edilərək mənzilin qapısını açmış və orada insan faktoru aşkar etməmişlər. Əməliyyat saat 03:44-də başa çatmışdır.