Geri

18 noyabr 2015-ci il saat 08:00-dək, ilkin məlumata əsasən:

Abşeron rayonu, Xırdalan şəhərində sahibi məlum olmayan  ümumi sahəsi 35 kv.m olan dəmir sexinin içərisində taxta və kağız tullantıları 2 kv.m sahədə yanmışdır. Sexdə olan əşyalar yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Kürdəmir rayonu, Mollakənd kəndində vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanmışdır. Yaxınlıqdakı evlər yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Masallı rayonu, Kalinovka kəndində vətəndaşa məxsus ümumi sahəsi 220 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 80 kv.m sahədə və içərisinə yığılmış 25 ton ot bağlamasının 12 tonu yanmışdır. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Neftçala rayonu, Astanlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 144 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 108 kv.m sahədə və içərisinə yığılmış 30 ton ot bağlamasının 5 tonu yanmışdır. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:57-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

18 noyabr 2015-ci il saat 02:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 01:52-də başa çatmışdır.
Geri

18 noyabr 2015-ci il saat 01:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda 5 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq liftin qapısını açmış və vətəndaşların liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 00:20-də başa çatmışdır.

Samux rayon Mərkəzi Xəstəxanasının ərazisində  ümumi sahəsi 12 kv.m olan  gözətçi otağının döşəməsi 0,5 kv.m sahədə yanmışdır. Otağın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

18 noyabr 2015-ci il saat 00:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri Səbail rayonunda hündürlüyü təxminən 15-20 metr, diametri 1 metr olan ağac aşaraq 3 fərdi yaşayış evinin üzərinə düşmüşdür. Fövqəladə Hallar Nazirliyinin xilasediciləri əraziyə cəlb edilərək Bakı şəhəri İcra hakimiyyətinin Yaşıllaşdırma  İdarəsinin əməkdaşları ilə birlikdə aşaraq təhlükə yaradan ağacı xüsusi alətlər vasitəsilə kəsmiş, sakinlərinin təhlükəsizliyini təmin etmişlər. Əməliyyat saat 23:18-də başa çatmışdır.