Geri

17 noyabr 2015-ci il saat 19:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda mənzildə termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılmışdır. Maye halında olan kimyəvi element nazirliyin Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 18:40-da başa çatmışdır.

Geri

17 noyabr 2015-ci il saat 17:30-dək, ilkin məlumata əsasən:

Bərdə şəhərində “Qarabağ” ASC-ə məxsus pambıq təmizləmə zavodunun ərazisində ümumi sahəsi 400 kv.m olan talvarın altına yığılmış pambıq tullantıları 100 kv.m sahədə yanmışdır. Talvar yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:08-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Tərtər rayonu, Poladlı kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 18 ton ot bağlamasının 10 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikili yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:29-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Oğuz şəhərində vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan yeməkxananın dam örtüyünün yanar konstruksiyaları 10 kv.m sahədə yanmışdır. Yeməkxananın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:29-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Oğuz rayonu, Xaçmaz kəndində vətəndaşa məxsus ümumi sahəsi 44 kv.m olan tövlənin çardağının yanar konstruksiyaları və çardağına yığılmış 3 ton ot bağlaması yanmışdır. Tövlənin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:32-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sabirabad şəhərində vətəndaşa məxsus “VAZ” markalı minik avtomobilinin  mühərrikində elektrik naqilləri qismən yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:37-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

17 noyabr 2015-ci il saat 12:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda mənzildə termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılmışdır. Maye halında olan kimyəvi element nazirliyin Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 10:30-də başa çatmışdır.

Geri

17 noyabr 2015-ci il saat 05:00-dək, ilkin məlumata əsasən:

Salyan rayonunda vətəndaşa məxsus ümumi sahəsi 36 kv.m olan restoranın qazanxanasında tavanının atma taxtaları 25 kv.m sahədə yanmışdır. Qazanxananın qalan hissəsi və ona bitişik ümumi sahəsi 84 kv.m olan restoran yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:46-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

17 noyabr 2015-ci il saat 02:10-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər liftin qapısını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 01:39-da başa çatmışdır.

Geri

17 noyabr 2015-ci il saat 02:00-dək, ilkin məlumata əsasən:

Ağcabədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 54 kv.m olan ərzaq mağazasının lambirdən ibarət tavanı yanmışdır. Bitişik diğər mağazalar yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:09-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.