Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər liftin qapısını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 01:39-da başa çatmışdır.
Ağcabədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 54 kv.m olan ərzaq mağazasının lambirdən ibarət tavanı yanmışdır. Bitişik diğər mağazalar yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:09-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.