Geri

16 noyabr 2015-ci il saat 10:15-dək, ilkin məlumata əsasən:

Samux rayonu, Kolayır kəndində vətəndaşa məxsus ümumi sahəsi 208 kv.m olan birmərtəbəli 4 otaqlı evin 1 otağının tavanı 2 kv.m və ev əşyaları 4 kv.m sahədə yanmışdır. Yanğın zamanı ev sahibi və onun övladı müxtəlif dərəcəli yanıq xəsarətləri alaraq təcili yardım xidməti tərəfindən xəstəxanaya aparılmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

16 noyabr 2015-ci il saat 09:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Bohran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı-Quba maqistral avtomobil yolunda, "Howo" və "Shacman" markalı yük avtomobillərin toqquşması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş vermişdir. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Sumqayıt Regional Mərkəzinin xilasediciləri "Howo" markalı yük avtomobilində sıxılmış vəziyyətdə qalmış 2 nəfəri çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 07:20-də başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin Bohran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər mənzilin qapısını açmış və vətəndaşı aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 08:49-da başa çatmışdır.

Geri

16 noyabr 2015-ci il saat 08:40-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Abşeron rayonunda mənzildə termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılmışdır. Maye halında olan kimyəvi element nazirliyin Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 21:30-da başa çatmışdır.

Geri

16 noyabr 2015-ci il saat 08:15-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda mənzildə termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılmışdır. Maye halında olan kimyəvi element nazirliyin Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 00:30-da başa çatmışdır.

Geri

16 noyabr 2015-ci il saat 07:45-dək, ilkin məlumata əsasən:

Tovuz rayonu, Alakol kəndində vətəndaşa məxsus 2 ton ot tayasının 1,5 tonu yanmışdır. Ot tayasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:49-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Saatlı rayonu, Çolpı kəndində vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan mağazanın yanar konstruksiyaları və içərisində olan mallar 50 kv.m sahədə yanmışdır. Mağazanın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 05:13-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.