Geri

16 noyabr 2015-ci il saat 08:40-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Abşeron rayonunda mənzildə termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılmışdır. Maye halında olan kimyəvi element nazirliyin Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 21:30-da başa çatmışdır.

Geri

16 noyabr 2015-ci il saat 08:15-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda mənzildə termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılmışdır. Maye halında olan kimyəvi element nazirliyin Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 00:30-da başa çatmışdır.

Geri

16 noyabr 2015-ci il saat 07:45-dək, ilkin məlumata əsasən:

Tovuz rayonu, Alakol kəndində vətəndaşa məxsus 2 ton ot tayasının 1,5 tonu yanmışdır. Ot tayasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:49-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Saatlı rayonu, Çolpı kəndində vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan mağazanın yanar konstruksiyaları və içərisində olan mallar 50 kv.m sahədə yanmışdır. Mağazanın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 05:13-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.