Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda mənzildə termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılmışdır. Maye halında olan kimyəvi element nazirliyin Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 16:15-də başa çatmışdır.
Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümümi sahəsi 22 kv.m olan birmərtəbəli 2 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 4 kv.m sahədə yanmış və yüksək temperaturdan mətbəxin lambirdən ibarət tavanı 2 kv.m sahədə ərimişdir. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 09:23-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Salyan rayonu, Kürsəngi kəndində vətəndaşa məxsus ümumi sahəsi 156 kv.m olan birmərtəbəli 4 otaqlı evin 1 otağının tavanı 36 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:16-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bərdə rayonunda mənzildə 1 nəfər azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər mənzilin qapısını açmış və azyaşlını aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 11:42-də başa çatmışdır.
Bakı şəhəri, Qaradağ rayonunda ümumi sahəsi 15 kv.m olan konteyner tipli fəhlələrin soyunub-geyinmə otağında elektrik lövhəsi yanmışdır. Konteyner yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:51-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Gədəbəy rayonu, Düzyurd kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 170 kv.m olan birmərtəbəli 5 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 50 kv.m sahədə və 1 otağın tavanı 30 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 170 kv.m olan ikimərtəbəli 4 otaqlı evin 1-ci mərtəbəsində mətbəxin asma tavanı 16 kv.m sahədə, soyuducu və mətbəx mebeli qismən yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda 2 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Dərhal hadisə yerinə cəlb olunmuş xilasedicilər liftin qapısını açmış və vətəndaşların liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 01:57-də başa çatmışdır.
Zaqatala rayonu, Çobankol kəndində vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 45 kv.m sahədə və damına yığılmış 10 ton ot bağlamasının 3 tonu yanmışdır. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 1400 kv.m olan tövlənin yanar konstruksiyaları 200 kv.m sahədə yanmışdır. Tövlənin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:44-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.