Geri

15 noyabr 2015-ci il saat 12:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bərdə rayonunda mənzildə 1 nəfər azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər mənzilin qapısını açmış və azyaşlını aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 11:42-də başa çatmışdır.

Geri

15 noyabr 2015-ci il saat 08:00-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Qaradağ rayonunda ümumi sahəsi 15 kv.m olan konteyner tipli fəhlələrin soyunub-geyinmə otağında elektrik lövhəsi yanmışdır. Konteyner yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:51-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Gədəbəy rayonu, Düzyurd kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 170 kv.m olan birmərtəbəli 5 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 50 kv.m sahədə və 1 otağın tavanı 30 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 170 kv.m olan ikimərtəbəli 4 otaqlı evin 1-ci mərtəbəsində mətbəxin asma tavanı 16 kv.m sahədə, soyuducu və mətbəx mebeli qismən yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

15 noyabr 2015-ci il saat 07:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər liftin qapısını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 06:51-də başa çatmışdır.
Geri

15 noyabr 2015-ci il saat 02:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda 2 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Dərhal hadisə yerinə cəlb olunmuş xilasedicilər liftin qapısını açmış və vətəndaşların liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 01:57-də başa çatmışdır.

Geri

15 noyabr 2015-ci il saat 01:15-dək, ilkin məlumata əsasən:

Zaqatala rayonu, Çobankol kəndində vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 45 kv.m sahədə və damına yığılmış 10 ton ot bağlamasının 3 tonu yanmışdır. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 1400 kv.m olan tövlənin yanar konstruksiyaları 200 kv.m sahədə yanmışdır. Tövlənin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:44-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.