Geri

14 noyabr 2015-ci il saat 15:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Şamaxı rayonu, Bakı-Şamaxı-Qazax yolunun 126-cı kilometrliyində iki minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş vermişdir. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Yanğınsöndürən-xilasedicilər qəza nəticəsində deformasiyaya uğramış minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 13:55-də başa çatmışdır.

 

Geri

14 noyabr 2015-ci il saat 13:15-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda mənzildə termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılmışdır. Maye halında olan kimyəvi element nazirliyin Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 12:15-də başa çatmışdır.

Geri

14 noyabr 2015-ci il saat 03:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Xaçmaz rayonu, Qobuqırağı kəndi  ərazisində “VAZ” markalı minik avtomobili ilə “KAMAZ” markalı yük avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş vermiş, nəticədə, minik avtomobilinin sürücüsü vəfat etmiş və nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalmışdır. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq deformasiyaya uğramış avtomobildən 1986-cı il təvəllüdlü Əmrəliyev Natiq Əmirəli oğlunun meyitini çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 21:00-da başa çatmışdır.

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda mənzildə 1 nəfər ruhi xəstə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb edilərək mənzilin giriş qapısını açmış və vətəndaşı aidiyyatı üzrə təhvil vermişlər. Əməliyyat saat 02:06-da başa çatmışdır.