Geri

01 noyabr 2015-ci il saat 18:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qəbələ rayon, Duruca kəndində dağlıq ərazidə içərisində dörd nəfərin olduğu minik avtomobilinin sürüşərək dərəyə aşma təhlükəsilə üzləşməsi barədə məlumat daxil olmuşdur. Dərhal nazirliyin müvafiq xilasetmə dəstəsi hadisə yerinə cəlb edilərək avtomobili təhlükəsiz əraziyə çıxarmış və insanlara müvafiq köməklik göstərilmişdir. Əməliyyat saat 16:35-də başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, yağan intensiv leysan yağışlar nəticəsində Lənkəran rayonu, Şiləvar kəndində vətəndaşa məxsus evi və həyətyanı sahəni su basmış, bir ailənin  6 üzvü (3 uşaq, 3 qadın) evdə köməksiz vəziyyətdə qalmışdır. Fövqəladə Hallar Nazirliyinin xilasediciləri əraziyə cəlb edilərək həmin şəxslər təhlükəsiz əraziyə təxliyyə edilmiş, onlara müvafiq köməklik göstərilmişdir. Əməliyyat saat 17:05-də başa çatmışdır.

Geri

01 noyabr 2015-ci il saat 16:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nərimanov rayonunda zibil qutusunun içərisində döyüş sursatının aşkarlanması barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin müvafiq qurumları hadisə yerinə cəlb olunmuş və baxış keçirilən zaman məlum olmuşdur ki, bu, istifadəyə yararsız olan 1 (bir) ədəd “F-1” markalı əl qumbarasıdır. Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirmiş və başqa şübhəli əşya aşkar edilməmişdir. Sursat aidiyyatı üzrə təhvil verilmişdir. Əməliyyat saat 14:30-da başa çatmışdır.

Geri

01 noyabr 2015-ci il saat 15:30-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Nizami rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılmış 10 ədəd elektrik sayğacı və 2 p.m elektrik kabeli yanmışdır. Mənzillər yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:44-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

01 noyabr 2015-ci il saat 09:45-dək, ilkin məlumata əsasən:

Şirvan şəhərində ümumi sahəsi 22 kv.m olan 1 otaq və dəmir konstruksiyalardan ibarət mətbəxin içərisinə yığılmış 1 ədəd soyuducu, kondisioner və stol-stul 11 kv.m sahədə yanmışdır. Mətbəxin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan avtoyuma məntəqəsidə 10 kv.m sahəyə yığılmış 1 ədəd yataq dəsti və geyim paltarları yanmışdır. Avtoyuma məntəqəsinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:46-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

01 noyabr 2015-ci il saat 07:00-dək, ilkin məlumata əsasən:

Şamaxı rayonu, Laləzar kəndində vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 3 otaqlı evin tavan hissəsi 55 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yangından mühafizə olunmuşdur. Yanğın saat 02:55-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xətai rayonunda ikimərtəbəli tikilinin 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 56 kv.m olan çay evində 1 ədəd soyuducu, 2 ədəd kondisioner və 1 ədəd televizor yanmışdır. Çay evinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Saatlı rayonu, Bəylər kəndində vətəndaşa məxsus ümumi sahəsi 108 kv.m olan birmərtəbəli 3 otaqlı fərdi yaşayış evinin tavanı və dam örtüyünün yanar konstruksiyaları 76 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi və bitişik talvar yanğından mühafizə olunmuşdur. Yanğın saat 05:43-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

31 oktyabr 2015-ci il saat 01:30-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Yasamal rayonunda vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanmışdır. Qonşuluqda olan digər yaşayış evləri yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şirvan şəhərində ümumi sahəsi 195 kv.m olan 7 otaqdan ibarət ofisin mətbəxində 1 ədəd su qızdırıcısı, 4 kv.m sahədə mətbəx mebelı və lambirdən ibarət tavan 10 kv.m sahədə yanmışdır. Mətbəxin qalan hissəsi və bitişik otaqlar yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:07-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.