Geri

01 noyabr 2015-ci il saat 09:45-dək, ilkin məlumata əsasən:

Şirvan şəhərində ümumi sahəsi 22 kv.m olan 1 otaq və dəmir konstruksiyalardan ibarət mətbəxin içərisinə yığılmış 1 ədəd soyuducu, kondisioner və stol-stul 11 kv.m sahədə yanmışdır. Mətbəxin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan avtoyuma məntəqəsidə 10 kv.m sahəyə yığılmış 1 ədəd yataq dəsti və geyim paltarları yanmışdır. Avtoyuma məntəqəsinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:46-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

01 noyabr 2015-ci il saat 07:00-dək, ilkin məlumata əsasən:

Şamaxı rayonu, Laləzar kəndində vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 3 otaqlı evin tavan hissəsi 55 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yangından mühafizə olunmuşdur. Yanğın saat 02:55-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Xətai rayonunda ikimərtəbəli tikilinin 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 56 kv.m olan çay evində 1 ədəd soyuducu, 2 ədəd kondisioner və 1 ədəd televizor yanmışdır. Çay evinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Saatlı rayonu, Bəylər kəndində vətəndaşa məxsus ümumi sahəsi 108 kv.m olan birmərtəbəli 3 otaqlı fərdi yaşayış evinin tavanı və dam örtüyünün yanar konstruksiyaları 76 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi və bitişik talvar yanğından mühafizə olunmuşdur. Yanğın saat 05:43-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

31 oktyabr 2015-ci il saat 01:30-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Yasamal rayonunda vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanmışdır. Qonşuluqda olan digər yaşayış evləri yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şirvan şəhərində ümumi sahəsi 195 kv.m olan 7 otaqdan ibarət ofisin mətbəxində 1 ədəd su qızdırıcısı, 4 kv.m sahədə mətbəx mebelı və lambirdən ibarət tavan 10 kv.m sahədə yanmışdır. Mətbəxin qalan hissəsi və bitişik otaqlar yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:07-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.