Geri

09 oktyabr 2015-ci il saat 21:15-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan ikimərtəbəli 6 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 40 kv.m, 2 otağın yanar konstruksiyaları və ev əşyaları 30 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:22-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

09 oktyabr 2015-ci il saat 19:45-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda mənzildə 2 nəfər azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər mənzilin qapısını açmış və azyaşlıları aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 18:28-də başa çatmışdır.

Geri

09 oktyabr 2015-ci il saat 18:15-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər mənzilin qapısını açmış və vətəndaşı aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 17:17-də başa çatmışdır.

Geri

09 oktyabr 2015-ci il saat 17:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonuda mənzildə termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılmışdır. Maye halında olan kimyəvi element nazirliyin Mülki-Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 15:45-də başa çatmışdır.

Geri

09 oktyabr 2015-ci il saat 15:00-dək, ilkin məlumata əsasən:

Masallı rayonunda vətəndaşa məxsus "VAZ" markalı avtomobilin qabaq oturacaqları qismən yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

09 oktyabr 2015-ci il saat 12:00-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Qaradağ rayonunda "FAW CA" yük avtomobilinin yanar hissələri yanmışdır. Ərazidəki elektrik dirəkləri yanğından mühafizə olunmuşdur. Yanğın saat 09:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Lənkəran rayonunda minik avtomobilinin yol kənarındakı ağaca çırpılması nəticəsində yanğınla nəticələnən yol-qəza hadisəsi baş vermişdir. Yanğın nəticəsində avtomobilin mühərrik hissəsi və salonunda qabaq oturacaqlar yanmışdır. Avtomobilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 10:02-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

09 oktyabr 2015-ci il saat 11:45-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda yol-nəqliyyat qəza hadisəsi baş vermişdir. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerinə baxış keçirilərkən məlum olmuşdur ki, “Mercedes” markalı minik avtomobili qəza törətmiş və nəticədə sürücü Baba oğlu Fərzəliyev Fərzəli hadisə yerində vəfat etmişdir. F.Fərzəliyevin cəsədi xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 09:52-də başa çatmışdır.

Geri

09 oktyabr 2015-ci il saat 03:30-dək, ilkin məlumata əsasən:

Abşeron rayonu, Masazır qəsəbəsində vətəndaşa məxsus “MERCEDES” markalı minik avtomobilinin alt hissəsinin qoruyucu üzlüyü yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:08-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şamaxı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan avtomobil təmir sexinin dam örtüyünün yanar konstruksiyaları 10 kv.m sahədə yanmışdır. Sexin qalan hissəsi yanğından muhafizə olunmuşdur. Yanğın saat 22:33-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 25 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları və içərisinə yığılmış ev əşyaları yanmışdır. Yaxınlıqdakı evlər yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:21-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.