Geri

09 oktyabr 2015-ci il saat 03:30-dək, ilkin məlumata əsasən:

Abşeron rayonu, Masazır qəsəbəsində vətəndaşa məxsus “MERCEDES” markalı minik avtomobilinin alt hissəsinin qoruyucu üzlüyü yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:08-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şamaxı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan avtomobil təmir sexinin dam örtüyünün yanar konstruksiyaları 10 kv.m sahədə yanmışdır. Sexin qalan hissəsi yanğından muhafizə olunmuşdur. Yanğın saat 22:33-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 25 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları və içərisinə yığılmış ev əşyaları yanmışdır. Yaxınlıqdakı evlər yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:21-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.