Geri

08 oktyabr 2015-ci il saat 21:30-dək, ilkin məlumata əsasən:

Masallı rayonu, Digah kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 50 ton ot bağlamasının 37 tonu yanmışdır. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən yaxınlıqda olan tövlədən 10 baş iribuynuzlu və 8 baş xırda buynuzlu heyvan xilas olunmuşdur. Yaxınlıqdakı tövIə yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ucar rayonu, Məlikbalı kəndində vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan kürsülü, birmərtəbəli, 2 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanmışdır. Yaxınlıqdakı evlər yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Quba şəhərində vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli, kürsülü 3 otaq və aynabənddən ibarət evin aynabəndi, mətbəxin tavanı 16 kv.m sahədə və mətbəxdə olan mebellər 1 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:03-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Yevlax şəhərində vətəndaşa məxsus ümumi sahəsi 4 kv.m olan dəmir konstruksiyadan ibarət gözətçi köşkünün içərisində 1ədəd çarpayı yanmışdır. Köşk və yaxınlıqdakı digər ticarət obyektləri  yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:36-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

08 oktyabr 2015-ci il saat 17:00-dək, ilkin məlumata əsasən:

Göyçay rayonu, İnçə kəndində vətəndaşa məxsus “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

08 sentyabr 2015-ci il saat 16:15-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda 2 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər liftin qapısını açmış və vətəndaşların liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 15:30-da başa çatmışdır.

Geri

08 oktyabr 2015-ci il saat 16:00-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 136 kv.m olan birmərtəbəli 4 otaqlı evin 1 otağının pəncərə çərçivəsi 1 kv.m, 2-ci otağın pəncərə çərçivəsi, döşəməsi 3 kv.m sahədə və yaxınlıqda yığılmış 3 ton ot bağlaması yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:14-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

08 oktyabr 2015-ci il saat 14:30-dək, ilkin məlumata əsasən:

Qax rayonu, Fıstıqlı kəndində vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik naqilləri yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:49-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

08 oktyabr 2015-ci il saat 13:15-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər liftin qapısını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 12:26-da başa çatmışdır.

Geri

08 oktyabr 2015-ci il saat 13:00-dək, ilkin məlumata əsasən:

Gədəbəy rayonu, Fərzalı kəndində vətəndaşa məxsus ümumi sahəsi 300 kv.m (hər mərtəbəsi 150 kv.m) olan ikimərtəbəli 9 otaqlı evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 150 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 09:57-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda qayıqla dənizə balıq tutmaq məqsədilə çıxmış 1 nəfər (Şıx-2 xilasetmə məntəqəsindən 7 km aralı, nəzarətsiz ərazidə) batma təhlükəsi ilə üzləşmişdir. Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri həmin əraziyə cəlb olunmuş, köməksiz vəziyyətdə qalmış balıqçını xilas edilərək aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 10:37-də başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində mənzildə 1 azyaşlı uşaq bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər mənzilin qapısını açmış və azyaşlını aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 11:06-da başa çatmışdır.