Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 136 kv.m olan birmərtəbəli 4 otaqlı evin 1 otağının pəncərə çərçivəsi 1 kv.m, 2-ci otağın pəncərə çərçivəsi, döşəməsi 3 kv.m sahədə və yaxınlıqda yığılmış 3 ton ot bağlaması yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:14-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Qax rayonu, Fıstıqlı kəndində vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik naqilləri yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:49-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər liftin qapısını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 12:26-da başa çatmışdır.
Gədəbəy rayonu, Fərzalı kəndində vətəndaşa məxsus ümumi sahəsi 300 kv.m (hər mərtəbəsi 150 kv.m) olan ikimərtəbəli 9 otaqlı evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 150 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 09:57-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda qayıqla dənizə balıq tutmaq məqsədilə çıxmış 1 nəfər (Şıx-2 xilasetmə məntəqəsindən 7 km aralı, nəzarətsiz ərazidə) batma təhlükəsi ilə üzləşmişdir. Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri həmin əraziyə cəlb olunmuş, köməksiz vəziyyətdə qalmış balıqçını xilas edilərək aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 10:37-də başa çatmışdır;
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində mənzildə 1 azyaşlı uşaq bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər mənzilin qapısını açmış və azyaşlını aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 11:06-da başa çatmışdır.