Geri

29 oktyabr 2015-ci il saat 09:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Kürdəmir şəhərində bir nəfər mağazanın tavan və çardağı arasında sıxılaraq köməksiz vəziyyətdə qalmışdır. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb edilmişdir. Yanğınsöndürən-xilasedicilər vətəndaşı xilas etmiş və aidiyyəti üzrə təhvil vermişdir. Əməliyyat saat 04:45-də başa çatmışdır;

Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus həyətyanı sahədə ümumi sahəsi 80 kv.m olan tikilinin mətbəxində 1 ədəd paltaryuyan maşın və 2 kv.m sahədə mətbəx mebeli yanmışdır. Mətbəxin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 09:14-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

29 oktyabr 2015-ci il saat 08:00-dək, ilkin məlumata əsasən:

Qəbələ rayonu, Hacıalılı kəndində vətəndaşa məxsus ümumi sahəsi 210 kv.m olan tövlənin yanar konstruksiyaları 84 kv.m sahədə və damına yığılmış 11 ton ot bağlamasının 4 tonu yanmışdır. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafızə olunmuşdur. Yanğın saat 04:37-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.