Bakı şəhəri, Səbail rayonunda vətəndaşa məxsus "Qazel" markalı yük avtomobili idarəetməni itirərək yolun kənarına aşması nəticəsində yanğınla nəticələnən yol qəza hadisəsi baş vermişdir. Nəticədə avtomobilin mühərrik hissəsi yanmışdır. Qəza zamanı avtomobildə olan sərnişin müxtəlif bədən xəsarətləri alaraq təcili tibbi yardım xidmətinə təhvil verilmişdir. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 05:59-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Abşeron rayonu, Hökməli qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m sahədə olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanmışdır. Bitişik ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 07:29-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən Bakı şəhəri, Binəqədi rayonunda, mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər mənzilin qapısını açmış və vətəndaşı aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 00:55-də başa çatmışdır.