Geri

02 oktyabr 2015-ci il saat 01:00-dək, ilkin məlumata əsasən:

Bərdə rayonu, Nazırlı kəndində (rayon mərkəzindən 17 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 14 ton ot bağlamasının 6 tonu yanmışdır. Ot bağlamasnın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Gədəbəy şəhərində vətəndaşa məxsus “VAZ” markalı minik avtomobilinin salonunda arxa oturacaqları yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 1500 kv.m olan ikimərtəbəli inzibati binanın 1-ci mərtəbəsində taxta konstruksiyalar və içərisinə yığılmış məişət tullantıları 60 kv.m sahədə yanmışdır. Binanın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:18-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində mənzildə 1 nəfər azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər mənzilin qapısını açmış və azyaşlını aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 00:10-da başa çatmışdır.