Geri

18 oktyabr 2015-ci il saat 10:00-dək, ilkin məlumata əsasən:

Saatlı rayonunda ümumi sahəsi 11694 kv.m olan mərkəzi bazarın yanar konstruksiyaları və içərisində olan qarışıq mallar 3200 kv.m sahədə yanmışdır. Ticarət mərkəzinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:00-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

18 oktyabr 2015-ci il saat 09:30-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Nəsimi rayonunda vətəndaşa məxsus "QAZ" markalı yük avtomobilinin yanar hissələri yanmışdır. Yaxınlıqdakı elektrik dirəyi yanğından mühafizə olunmuşdur. Yanğın saat 01:52-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Qusar rayonu, Bədirqala kəndində (rayon mərkəzindən 7 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 5 ton tayasının 2 tonu yanmışdır. Ot tayasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Quba rayonunda vətəndaşa məxsus ümumi sahəsi 160 kv.m olan ikimərtəbəli 6 otaqlı evin tavanı və dam örtüyünün yanar konstruksiyaları 10 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:52-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəki rayonu, Oxud kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan birmərtəbəli 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları 20 kv.m sahədə və ev əşyaları yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:59-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

18 oktyabr 2015-ci il saat 01:00-dək, ilkin məlumata əsasən:

Şəki rayonu, Qumux kəndində (rayon mərkəzindən 40 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 48 kv.m olan tövlənin yanar konstruksiyaları və çardağına yığılmış 2 ton ot bağlaması  yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:27-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür