Geri

14 oktyabr 2015-ci il saat 09:45-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Yasamal rayonunda vətəndaşa məxsus ümumi sahəsi 140 kv.m olan hamamın sauna hissəsində taxta üzlüklər 18 kv.m sahədə yanmışdır. Yüksək temperaturdan lambirdən ibarət tavan 7 kv.m sahədə ərimişdir. Hamamın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 09:09-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

14 oktyabr 2015-ci il saat 08:00-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Nərimanov rayonunda vətəndaşa məxsus ümumi sahəsi 500 kv.m olan avtomobil təmiri sexinin yanar konstruksiyaları və içərisində tezalışan yağlar və avtomobil ehtiyyat hissələri 170 kv.m sahədə yanmışdır. Bitişik təmir sexləri yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:17-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Pirallahı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan ərzaq mağazasının lambirdən ibarət tavan 15 kv.m sahədə yanmışdır. Mağazanın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 06:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

14 oktyabr 2015-ci il saat 04:45-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Dərhal hadisə yerinə cəlb olunmuş xilasedicilər liftin qapısını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 03:39-da başa çatmışdır.