Geri

10 oktyabr 2015-ci il saat 18:45-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda mənzildə termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılmışdır. Maye halında olan kimyəvi element nazirliyin Mülki-Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 18:30-da başa çatmışdır.

Geri

10 oktyabr 2015-ci il saat 15:30-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Abşeron rayonunda mənzildə termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılmışdır. Maye halında olan kimyəvi element nazirliyin Mülki-Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 11:40-da başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində mənzildə iki nəfər bağlı qapı arxasında qalmışdır. Hadisə yerinə cəlb edilmiş xilasedicilər mənzilin giriş qapısını açmış və vətəndaşları aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 15:15-də başa çatmışdır.

Geri

10 oktyabr 2015-ci il saat 09:00-dək, ilkin məlumata əsasən:

Masallı rayonu, Köcəkli kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan talvarın yanar konstruksiyaları 40 kv.m sahədə və altında yığılmış 10 ton ot bağlamasnın 5 tonu yanmışdır. Talvarın və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olmuşdur. Yanğın saat 00:41-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus "Mitsubishi" markalı minik avtomobilinin salonu və yük hissəsi yanmışdır. Avtomobilin qallan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 07:53-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.