Geri

01 oktyabr 2015-ci il saat 19:45-dək, ilkin məlumata əsasən:

Beyləqan rayonu, Bahar qəsəbəsində (rayon mərkəzindən 25 km aralı) vətəndaşa məxsus “T-28” markalı traktorun qoşqusunun yanar hissələri və qoşquya yığılmış 2.3 ton ot bağlaması yanmışdır. Traktor yanğından mühafizə olmuşdur. Yanğın saat 18:06-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağstafa rayonu, Tatlı kəndində (rayon mərkəzindən 20 km aralı) 70 ha sahədə kol-kos yanmışdır. Digər otlaq sahələri və meşə zolağı yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:11-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

01 oktyabr 2015-ci il saat 18:15-dək, ilkin məlumata əsasən:

Saatlı rayonu, Mollavazlı kəndində (rayon mərkəzindən 3 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 8 ton ot bağlamasının 2 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:27-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağsu rayonu, Rəhimağalı kəndində (rayon mərkəzindən 17 km aralı) 12 ha biçilmiş taxıl sahəsi yanmışdır. Digər biçilmiş taxıl sahələri yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus "MAZDA" markalı minik avtomobilinin salonu yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:04-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Cəlilabad rayonu, Kazımabad kəndində vətəndaşa məxsus ümumi sahəsi 440 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 80 kv.m sahədə yanmışdır. Tövlənin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:34-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

01 oktyabr 2015-ci il saat 15:15-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda mənzildə termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılmışdır. Maye halında olan kimyəvi element nazirliyin Mülki-Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 15:00-da başa çatmışdır.

Geri

01 oktyabr 2015-ci il saat 13:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda mənzildə termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılmışdır. Maye halında olan kimyəvi element nazirliyin Mülki-Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 12:00-da başa çatmışdır.

Geri

01 oktyabr 2015-ci il saat 03:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda mənzildə termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılmışdır. Maye halında olan kimyəvi maddə nazirliyin Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 00:30-da başa çatmışdır.