Geri

30 sentyabr 2014-cü il saat 17:15-dək:

Sumqayıt şəhərində vətəndaşa məxsus "MERCEDES" markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

30 sentyabr 2014-cü il saat 14:45-dək:

Masallı rayonu, Boradigah qəsəbəsində (rayon mərkəzindən 16 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 440 kv.m olan ikimərtəbəli 7 otaqlı evin 1 otağının yanar konstruksiyaları 40 kv.m sahədə və dam örtüyü 20 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:26-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

30 sentyabr 2014-cü il saat 11:45-dək:

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 180 kv.m olan birmərtəbəli 6 otaqlı evin 2 otağının və mətbəxinin yanar konstruksiyaları 40 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 09:14-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Goranboy rayonu, Rəhimli kəndində (rayon mərkəzindən 3 km aralı) "RENAULT" markalı minik avtomobilinin sürücüsü idarəetməni itirərək yol kənarındakı ağaca çırpılmışdır. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, 1 nəfər sərnişin aldığı ağır bədən xəsarətindən hadisə yerində vəfat etmişdir. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət olunmaqla xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildən cəsədi çıxararaq aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 09:18-də başa çatmışdır.

 

Geri

30 sentyabr 2014 cü il saat 05:15-dək:

İmişli şəhərində Pambıq emalı zavodunun ərazisinə yığılmış ümumi çəkisi 60 ton olan pambıq tayasının 10 kq-ı yanmışdır. Pambıq tayasının qalan hissəsi və yaxınlıqdakı digər pambıq tayaları yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:59-dayanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Geri

30 sentyabr 2014 cü il saat 01:30-dək:

Abşeron rayonunda, "Həyat" restaranına məxsus ümumi sahəsi 30 kv.m olan tikilinin içərisində yerləşən transformatorun çıxış kabeli 0,5 p.m sahədə və tikilinin dam örtüyünün yanar konstruksiyaları 7 kv.m sahədə yanmışdır. Tikilinin qalan hissəsi və transformator yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfər azyaşlı köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuş və aidiyyəti qurumlar məlumatlandırılmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, ikimərtəbəli yaşayış binası qəzalı vəziyyətə düşmüşdür. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə köməksiz vəziyyətdə qalmış uşağın təhlükəsiz əraziyə çıxmasını təmin etmiş və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 20:32-də başa çatmışdır;

Mingəçevir şəhərində doqquzmərtəbəli yaşayış binasının liftində 2 nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Yanğınsöndürən-xilasedicilər hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 2-ci mərtəbədə dayanmışdır. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşların liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 23:12-də başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda “Vaz” markalı minik avtomobili ilə “Kamaz” markalı yük avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş vermişdir. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, qəza nəticəsində hər iki avtomobil deformasiyaya uğramış, “Vaz” markalı minik avtomobilinin sürücüsü və 2 nəfər sərnişini hadisə yerində vəfat etmişdir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə deformasiyaya uğramış minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 3 nəfərin cəsədlərini xüsusi alət və avadanlıqlar vasitəsilə çıxararaq aidiyyəti üzrə təhvil vermişlər. Həmçinin xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 23:44-də başa çatmışdır.