Geri

03 sentyabr 2014-cü il saat 20:15-dək:

Abşeron rayonunda vətəndaşa məxsus ümumi sahəsi 25 kv.m taxta sexinin içərisinə yığılmışı 5 kvm taxta materialları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəki rayonu, Qoxmux kəndində (rayon mərkəzindən 16 km aralı) dağlıq ərazidə 6 ha sahədə kol-kos və quru ot yanmışdır. Dağlıq ərazidə kol ağaclar yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

03 sentyabr 2014-cü il saat 16:45-dək:

Gəncə şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1otağında 1 ədəd yataq dəsti və ev əşyaları 2 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 10:29-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Abşeron rayonunda vətəndaşa məxsus  ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağında ev əşyaları 5 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 15:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

03 sentyabr 2014-cü il saat 09:45-dək:

Qəbələ rayonu, Çarxana kəndində (rayon mərkəzindən 24 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 64 kv.m olan tövlənin yanar konstruksiyaları, damına yığılmış 4500 kq. ot bağlaması yanmışdır. Yanğın zamanı tövlədə olan bir baş iribuynyzlu heyvan tələf olmuşdur. Yaxınlıqdakı ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 07:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

03 sentyabr 2014-cü il saat 08:00-dək:

Ağstafa rayonu, Köhnəqışlaq kəndində (rayon mərkəzindən 28 km aralı) vətəndaşa məxsus 40 ton ot bağlamasının 15 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:27-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Xaçmaz şəhərində vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan mağazanın yanar konstruksiyaları və içərisində olan ərzaq malları yanmışdır. Mağazaya bitişik olan ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 06:56-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.