Geri

03 sentyabr 2014-cü il saat 09:45-dək:

Qəbələ rayonu, Çarxana kəndində (rayon mərkəzindən 24 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 64 kv.m olan tövlənin yanar konstruksiyaları, damına yığılmış 4500 kq. ot bağlaması yanmışdır. Yanğın zamanı tövlədə olan bir baş iribuynyzlu heyvan tələf olmuşdur. Yaxınlıqdakı ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 07:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

03 sentyabr 2014-cü il saat 08:00-dək:

Ağstafa rayonu, Köhnəqışlaq kəndində (rayon mərkəzindən 28 km aralı) vətəndaşa məxsus 40 ton ot bağlamasının 15 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:27-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Xaçmaz şəhərində vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan mağazanın yanar konstruksiyaları və içərisində olan ərzaq malları yanmışdır. Mağazaya bitişik olan ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 06:56-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.