Geri

27 sentyabr 2014 cü il saat 20:30-dək:

Bərdə rayonu, Soğanverdilər kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 7 ton ot bağlamsının 4 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:33-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Göyçay  rayonu, Şəhadət kəndində (rayon mərkəzindən 7 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılmış 1 ton ot bağlaması yanmışdır. Bitişik tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:18-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Yevlax şəhərində vətəndaşa məxsus traktorun qoşqusuna yığılmış 1,8 ton pambıq tayasının 200 kiloqramı yanmışdır. Pambıq tayasının qalan hissəsi, traktor və digər qoşqu yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:42-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

27 sentyabr 2014 cü il saat 18:30-dək:

Gəncə şəhəri, Kəpəz rayonunda vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 5 kv.m sahədə və damına yığılmış 3,5 ton ot bağlamasının 2 tonu yanmışdır. Tövlənin, ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuş və tövlədən 7 baş iri buynuzlu heyvan xilas edilmişdir. Yanğın saat 14:13-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

27 sentyabr 2014 cü il saat 16:30-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda mənzildə bağlı qapı arxasında 1973-cü il təvəllüdlü qadın köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər onsəkkizmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsindən təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə 3-cü mərtəbədə yerləşən mənzilə eyvandan daxil olmuşlar. Mənzilə baxış keçirilərkən vətəndaş yıxılmış vəziyyətdə aşkarlanmışdır. Vətəndaş aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 14:45-də başa çatmışdır.

Geri

27 sentyabr 2014 cü il saat 08:15-dək:

Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:53-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Daşkəsən şəhərində vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin mühərrik hissəsi yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Abşeron rayonu, Fatmayı kəndində vətəndaşa məxsus ümumi sahəsi 170 kv.m olan birmərtəbəli 4 otaqlı evin içərisində olan əşyalar və yanar konstruksiyaları yanmışdır. Yaxınlıqda olan evlər yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

27 sentyabr 2014 cü il saat 04:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Gəncə şəhəri, Kəpəz rayonunda mənzildə bağlı qapı arxasında bir nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilə binanın damından enərək pəncərədən içəri daxil olmuşlar. Mənzildə köməksiz vəziyyətdə qalmış vətəndaş aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 02:55-də başa çatmışdır.