Geri

27 sentyabr 2014 cü il saat 04:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Gəncə şəhəri, Kəpəz rayonunda mənzildə bağlı qapı arxasında bir nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilə binanın damından enərək pəncərədən içəri daxil olmuşlar. Mənzildə köməksiz vəziyyətdə qalmış vətəndaş aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 02:55-də başa çatmışdır.