Zərdab rayonu, Şah hüseynli kəndində (rayon mərkəzindın 20 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 96 kv.m olan tövlənin çardağının yanar konstruksiyaları və içərsinə yığılmış 0.5 ton ot bağlaması yanmışdır. Yaxınlıqda olan köməkçi tikili yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:14-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Masallı rayonu, Çaxırlı kəndində (rayon mərkəzindın 9 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 85 kv.m olan tövlənin çardağının yanar konstruksiyaları 60 kv.m sahədə, çardağına yığılmış 2,5 ton ot bağlaması və odun 6 kv.m sahədə yanmıdır. Tövlənin qalan hissəsi və yaxınlıqda olan tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:29-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində mənzildə bağlı qapı arxasında bir nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilin giriş qapısını açaraq içəri daxil olmuşlar. Mənzilə baxış keçirilərkən vətəndaş yatmış vəziyyətdə aşkarlanmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 19:54-də başa çatmışdır.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda mənzildə bağlı qapı arxasında bir nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilə xüsusi nərdivan vasitəsi ilə qalxaraq pəncərədən daxil olmuşlar. Mənzilə baxış keçirilərkən vətəndaş döşəmədə halsız vəziyyətdə aşkarlanmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 14:27-də başa çatmışdır.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər dördmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilin eyvanına təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qonşu mənzilin eyvanından enərək içəri daxil olmuşlar. Mənzildə köməksiz vəziyyətdə qalmış vətəndaş aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 12:15-də başa çatmışdır.
Qəbələ rayonu, Mirzəbəyli kəndində (rayon mərkəzindən 18 km aralı) vətəndaşa məxsus "MERCEDES" markalı minik avtomobilinin arxa oturacağı və salonun tavan hissəsi yanmışdır. Avtomobilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:36-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 56 kv.m olan qarajın dam örtüyü 10 kv.m sahədə və içərisinə yığılmış divan-kreslo 3 kv.m sahədə yanmışdır. Qarajın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 09:22-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Ağcabədi şəhərində vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan birmərtəbəli taxta konstruksiyalardan ibarət tikilinin dam örtüyünün yanar konstruksiyalarının 10 kv.m sahədə və içərisinə yığılmış məişət əşyaları yanmışdır. Yardımçı tikilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 10:28-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Goranboy rayonu, Zeynallı kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus əkin sahəsinə yığılmış 2 ton pambıq bağlamasının 1 tonu yanmışdır. Pambıq bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 07:11-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Tərtər rayonu, Buruc kəndində (rayon mərkəzindən 3 km aralı) transformatorun yağı, sarğıları və ətrafında 5 kv.m sahədə quru ot yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 20:54-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Lerik rayonu, Brkandul kəndində (rayon mərkəzindən 22 km aralı) transformatorun sarğıları, yağı və ətrafında dağılmış 2 kv.m sahədə yağ yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:24-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Bərdə rayonu, Xəsili kəndində (rayon mərkəzindən 25 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 12 ton ot bağlamasının 8 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:27-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Bakı şəhəri, Nəsimi rayonunda vətəndaşa məxsus "BMW" markalı minik avtomobilinin mühərrik hissəsi yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:28-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Bakı şəhəri, Nəsimi rayonunda sökülməkdə olan ikimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində 1 otağın taxtadan ibarət tavanı 4 kv.m sahədə və bitişik ümumi sahəsi 12 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları və içərisinə yığılmış əşyalar yanmışdır. Binanın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:44-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Şirvan şəhərində ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları 50 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 05:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;