Geri

02 sentyabr 2014-cü il saat 12:00-dək:

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin “101” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonunda Cəfər Cabbarlı adına kitabxanada yanğın hadisəsi baş verməsi barədə məlumat daxil olmuşdur. Hadisə yerinə DYMX-nin müvafiq qüvvələri cəlb edilmişdir. Göstərilən ünvanda yanğın hadisəsi aşkar olunmamışdır.

Geri

02 sentyabr 2014-cü il saat 10:15-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə doqquzmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən mənzilə pəncərədən daxil olmuş və vətəndaşın bağlı qapı arxasından xilas olunmasını təmin etmişlər. Əməliyyat saat 08:21-də başa çatmışdır.

Geri

02 sentyabr 2014-cü il saat 09:00-dək:

Bakı şəhəri, Yasamal rayonunda ümumi sahəsi 115 kv.m olan ikimərtəbəli 7 otaqlı ev və ona bitişik ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanmışdır. Bitişik tikilmiş qonşu evlər yanğından mühafizə olunmuşdur. Yanğın saat 07:52-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

02 sentyabr 2014-cü il saat 02:30-dək:

İmişli rayonu, Qızılkənd kəndində vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan birmərtəbəli 1 otaqlı evin qamışdan ibarət dam örtüyü 15 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 45 kv.m olan iki otaqlı mənzilin mətbəx mebeli 2 kv.m sahədə yanmış, yüksək temperaturdan soyuducu ərimişdir. Yanğınsöndürənlər tərəfindən 1 nəfər tüstüdən zəhərlənmiş halda mənzildən çıxarılmış və Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilmişdir. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:08-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

02 sentyabr 2014-cü il saat 00:15-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Abşeron rayonunda mənzildə bağlı qapı arxasında 1952-ci il təvəllüdlü qadın köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən mənzilin giriş qapısının kilidini xüsusi alət və avadanlıqlar vasitəsilə bayır tərəfdən açaraq vətəndaşın bağlı qapı arxasından xilas olunmasını təmin etmişlər. Əməliyyat saat 23:13-də başa çatmışdır.