Geri

16 sentyabr 2014 cü il saat 17:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Səbail rayonunda mənzildə bağlı qapı arxasında 1921-ci il təvəllüdlü qadın köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs mənzilin giriş qapısının dəfələrlə döyülməsinə və uzun müddətli telefon zənglərinə reaksiya vermir. Xilasedicilər beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində yerləşən mənzilə giriş qapısının kilidini təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə açaraq daxil olmuşlar. Mənzilə baxış keçirilərkən vətəndaş huşsuz vəziyyətdə aşkarlanmışdır. O, hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilmişdir. Əməliyyat saat 15:41-də başa çatmışdır.
Geri

16 sentyabr 2014 cü il saat 16:00-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Səbail rayonunda mənzildə bağlı qapı arxasında 1925-ci il təvəllüdlü qadın köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs mənzilin giriş qapısının dəfələrlə döyülməsinə və uzun müddətli telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə dördmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində yerləşən mənzilə  nərdivan  vasitəsilə  qalxaraq  eyvandan  daxil  olmuşlar. Mənzilə baxış keçirilərkən vətəndaş huşsuz vəziyyətdə aşkarlanmışdır. O, hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilmişdir. Əməliyyat saat 13:19-da başa çatmışdır;

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş   məlumata əsasən, Nəsimi rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 2 azyaşlı mənzildə köməksiz vəziyyətdə qalmışdır. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə eyvandan daxil olmuşlar. Mənzildə nəzarətsiz qalmış uşaqlar aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 13:19-da başa çatmışdır.

Geri

16 sentyabr 2014 cü il saat 08:50-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda “ VAZ 2107” markalı minik avtomobili idarəetməni itirərək çəpərə çırpılmışdır. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, minik avtomobili deformasiyaya uğramış və 2 sərnişin sıxılmış vəziyyətdə qalmışdır.. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralıları deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 06:24-də başa çatmışdır.
Geri

16 sentyabr 2014 cü il saat 08:30-dək:

İmişli rayonu, Göbəktala kəndində (rayon mərkəzindən 14 km aralı) vətəndaşa məxsus umumi sahəsi 20 kv m olan yardımçı tiklinin tavanı 5 kv.m sahədə yanmışdır. Tikilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Biləsuvar rayonu, Günəşli kəndində (rayon mərkəzindən 14 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 125 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 105 kv.m sahədə və içərisinə yığılmış 10 ton ot bağlamasının 4 tonu yanmışdır. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Füzuli rayonunda vətəndaşa məxsus ümumi sahəsi 35 kv.m olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları yanmışdır. Yanğının kəşfiyyatı zamanı ev sahibi 1940-ci il təvəllüdlü Babayeva Şakürə Şəfayət meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunmuşdur. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağcabədi rayonunda vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin mühərrik hissəsi yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağdaş şəhərində ümumi sahəsi 50 kv.m olan anbarın dam örtüyünün yanar konstruksiyaları 40 kv.m sahədə yanmışdır. Tikilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.