Geri

15 sentyabr 2014 cü il saat 16:00-dək:

Göygöl rayonunda (rayon mərkəzindən 4 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 117 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 24 kv.m sahədə və 2-ci otağın tavanı 12 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Göygöl şəhərində vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan avtomobil təmiri sexində təmirə dayanmış vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Avtomobil təmiri sexi və yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Abşeron rayonunda vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan un məmulatları sexinin ərazisində 7 p.m elektrik kabeli və 10 kv.m sahədə taxta tullantıları yanmışdır. Yaxınlıqdakı sex yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:03-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Ağdaş rayonunda vətəndaşa məxsus həyətyanı sahədə ümumi sahəsi 90 kv.m olan talvarın yanar konstruksiyaları 15 kv.m sahədə və altına yığılmış 1.6 ton ot bağlaması yanmışdır. Talvarın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:42-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

15 sentyabr 2014 cü il saat 13:30-dək:

Masallı rayonu, Şərəfə kəndində (rayon mərkəzinən 4 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 1 ton ot bağlamasının 600 kq-ı yanmışdır. Yanğın zamanı ev sahibinin anası ayaq nahiyəsindən yüngül yanıq xəsarəti almışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:30-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Kürdəmir rayonu, Qarasaqqal kəndində (rayon mərkəzindən 26 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 4 ton ot bağlamasının 2 tonu yanmışdır. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

15 sentyabr 2014 cü il saat 08:30-dək:

Daşkəsən rayonu, Qaraqollar kəndində MMC-yə məxsus ötürücü antennanın yanar hissələri yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 00:45-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus "TOYOTA" markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı elektrik dirəyinə çırpılması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş vermişdir. Nəticədə avtomobilin yanar hissələri və yaxınlıqda olan 3 ədəd ağac yanmışdır. Avtomobilin qalan hissəsi və ağaclar yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

15 sentyabr 2014 cü il saat 02:30-dək:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Ağcabədi rayonu, Qaravəlli kəndində (rayon mərkəzindən 25 km aralı) vətəndaşlara məxsus "BMW", "MERSEDEC" və "DAEWOO" markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş vermişdir. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, "BMW" markalı minik avtomobilinin sahibi 1982-ci il təvəllüdlü Bəbişov Elgün Fərhad oğlu aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat etmişdir. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlardan istifadə etməklə E.Bəşirovun cəsədini deformasiyaya uğramış avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 23:24-də başa çatmışdır;

Biləsuvar rayonu, Ağalıkənd kəndində (rayon mərkəzindən 16 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 75 kv.m olan talvarın yanar konstruksiyaları 35 kv.m sahədə və talvarın altına yığılmış 1 ton ot bağlaması yanmışdır. Talvarın qalan hissəsi və ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 23:47-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.