Tovuz rayonu, Qovlar qəsəbəsində transformatorun qoruyucu acarları yanmışdır. Transformatorun qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 14:38-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Kürdəmir rayonu, Karrar kəndində (rayon mərkəzindən 24 km aralı) transformatorun çıxış kabeli 40 p.m, 120 kv.m sahədə quru və kol-kos yanmışdır. Transformator yanğından mühafizə olunmuşdur. Yanğın saat 16:28-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda batma təhükəsi ilə üzləşmiş 3 nəfər Nazirliyinin “Zuğulba-1” sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 17:35-də başa çatmışdır.
Tərtər rayonu, Azad Qaraqoyunlu kəndində (rayon mərkəzindən 16 km aralı) vətəndaşa məxsus "KAMAZ" markalı yük avtomobilinin qoşqusuna yığılmış 3,4 ton ot bağlamasının 2 tonu və qoşqunun təkərləri yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı yaşayış evi yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:01-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Şəki şəhəri, Çolaqlı kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 42 kv.m olan evin 2 otağının dam örtüyü, pəncərə çərçivəsi 10 kv.m sahədə və yaxınlıqda olan ümumi sahəsi 10 kv.m olan qamışdan ibarət köməkçi tikili yanmışdır. Tikilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 10:09-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Cəlilabad şəhərində vətəndaşa məxsus "UAZ" markalı yük avtomoblinin mühərrik hissəsi yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 09:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində “BMW” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, minik avtomobilinin sürücüsü 1982-ci il təvəllüdlü Zahidov Füzuli Babək oğlu hadisə yerində vəfat etmiş və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə F.Zahidovun cəsədini avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 08:49-da başa çatmışdır.
Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları 20 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 05:02-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Xaçmaz şəhərində vətəndaşa məxsus ümumi sahəsi 25 kv.m olan çay evinin yanar konstruksiyaları və içərisində olan əşyalar qismən yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 05:19-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Salyan şəhərində teplavozunun mühərrik hissəsi yanmışdır. Teplavozun qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 05:21-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 130 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar kostruksiyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 06:42-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Masallı rayonu, Əminli kəndində (rayon mərkəzindən 18 km aralı) vətəndşa məxsus ümumi sahəsi 190 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları 100 kv.m sahədə və içərisinə yığılmış 20 ton ot bağlamasının 10 tonu yanmışdır. Köməkçi tikilinin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:32-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Kürdəmir rayonu, Xırdapay kəndində (rayon mərkəzindən 2 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan tövlənin çardağının yanar konstruksiyaları 30 kv.m sahədə və çardağına yığılmış 5 ton ot bağlamasının 2 tonu yanmışdır. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. 01:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Şəmkir rayonu, Dəllər Cəyir kəndində (rayon mərkəzindən 8 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 60 ton ot bağlamasının 40 tonu yanmışdır. Yaxınlıqdakı tikili yanğından mühafizə olunmuşdur. 01:47-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.