Geri

14 sentyabr 2014 cü il saat 16:30-dək:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda batma təhükəsi ilə üzləşmiş 1 nəfər Nazirliyinin “Türkan” sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən xilas olunmuşdur. Əməliyyat saat 14:18-də başa çatmışdır.
Geri

14 sentyabr 2014 cü il saat 16:00-dək:

Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus ümümi sahəsi 80 kv.m olan 2 otaqlı mənzilin 1 otağının və eyvanının yanar konstruksiyaları 40 kv.m sahədə yanmışdır. Yanğının kəşfiyyatı zamanı 1936-cı il təvəllüdlü Yəhyayeva Minurə Qələm qızının cəsədi aşkar olunmuşdur. Yanğın saat 12:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Geri

14 sentyabr 2014 cü il saat 14:15-dək:

Tərtər rayonu, Azad Qaraqoyunlu kəndində (rayon mərkəzindən 16 km aralı) vətəndaşa məxsus "KAMAZ" markalı yük avtomobilinin qoşqusuna yığılmış 3,4 ton ot bağlamasının 2 tonu və qoşqunun təkərləri yanmışdır. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı yaşayış evi yanğından mühafizə olunmuşdur. Yanğın saat 13:01-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

14 sentyabr 2014 cü il saat 11:45-dək:

Şəki şəhəri, Çolaqlı kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa  məxsus ümumi sahəsi 42 kv.m olan evin 2 otağının dam örtüyü, pəncərə çərçivəsi 10 kv.m sahədə və yaxınlıqda olan ümumi sahəsi 10 kv.m olan qamışdan ibarət köməkçi tikili yanmışdır. Tikilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 10:09-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

14 sentyabr 2014 cü il saat 11:15-dək, ilkin məlumata əsasən:

Cəlilabad şəhərində vətəndaşa məxsus "UAZ" markalı yük avtomoblinin mühərrik hissəsi yanmışdır. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 09:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

14 sentyabr 2014 cü il saat 10:00-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində “BMW” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, minik avtomobilinin sürücüsü 1982-ci il təvəllüdlü Zahidov Füzuli Babək oğlu hadisə yerində vəfat etmiş və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə F.Zahidovun cəsədini avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 08:49-da başa çatmışdır.

Geri

14 sentyabr 2014 cü il saat 08:30-dək, ilkin məlumata əsasən:

Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları 20 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 05:02-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Xaçmaz şəhərində vətəndaşa məxsus ümumi sahəsi 25 kv.m olan çay evinin yanar konstruksiyaları və içərisində olan əşyalar qismən yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 05:19-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Salyan şəhərində teplavozunun mühərrik hissəsi yanmışdır. Teplavozun qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 05:21-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 130 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar kostruksiyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 06:42-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Geri

14 sentyabr 2014 cü il saat 03:45-dək, ilkin məlumata əsasən:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda 3 nəfər bağlı qapı arxasında qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər hadisə yerində əməliyyat şəraitini qiymətləndirilərkən məlum olmuşdur ki, beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində 2 azyaşlı və bir nəfər kişi mənzilin giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışlar. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə mənzilin giriş qapısını bayır tərəfdən açaraq vətəndaşları xilas edərək aiddiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 02:44-də başa çatmışdır.
Geri

14 sentyabr 2014 cü il saat 03:00-dək, ilkin məlumata əsasən:

Masallı rayonu, Əminli kəndində (rayon mərkəzindən 18 km aralı) vətəndşa məxsus ümumi sahəsi 190 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları 100 kv.m sahədə və içərisinə yığılmış 20 ton ot bağlamasının 10 tonu yanmışdır. Köməkçi tikilinin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:32-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Kürdəmir rayonu, Xırdapay kəndində (rayon mərkəzindən 2 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan tövlənin çardağının yanar konstruksiyaları 30 kv.m sahədə və çardağına yığılmış 5 ton ot bağlamasının 2 tonu yanmışdır. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. 01:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəmkir rayonu, Dəllər Cəyir kəndində (rayon mərkəzindən 8 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 60 ton ot bağlamasının 40 tonu yanmışdır. Yaxınlıqdakı tikili yanğından mühafizə olunmuşdur. 01:47-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.