Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları 20 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 05:02-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Xaçmaz şəhərində vətəndaşa məxsus ümumi sahəsi 25 kv.m olan çay evinin yanar konstruksiyaları və içərisində olan əşyalar qismən yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 05:19-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Salyan şəhərində teplavozunun mühərrik hissəsi yanmışdır. Teplavozun qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 05:21-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 130 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar kostruksiyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 06:42-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Masallı rayonu, Əminli kəndində (rayon mərkəzindən 18 km aralı) vətəndşa məxsus ümumi sahəsi 190 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları 100 kv.m sahədə və içərisinə yığılmış 20 ton ot bağlamasının 10 tonu yanmışdır. Köməkçi tikilinin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:32-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Kürdəmir rayonu, Xırdapay kəndində (rayon mərkəzindən 2 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan tövlənin çardağının yanar konstruksiyaları 30 kv.m sahədə və çardağına yığılmış 5 ton ot bağlamasının 2 tonu yanmışdır. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. 01:15-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;
Şəmkir rayonu, Dəllər Cəyir kəndində (rayon mərkəzindən 8 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 60 ton ot bağlamasının 40 tonu yanmışdır. Yaxınlıqdakı tikili yanğından mühafizə olunmuşdur. 01:47-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.